Dünya

Bill Qeyts: “İlin ortalarına doğru vəziyyət dəyişəcək”

“2021-ci ilin ortalarına kimi koronavirus əleyhinə peyvəndlərin sayı 6 olacaq”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı məşhur milyarder, Microsoft şirkətinin rəhbəri Bill Qeyts verib.

O həmin peyvəndləri istehsal edəcək şirkətlərdən yalnız 5-nin adını çəkib. Lakin 6-cı şirkətin hansı olacağı barədə bir söz deməyib. “Hazırda “Pfizer-BioNTech” hazırladığı vaksinlə yanaşı, Moderna, AstraZeneca, Johnson & Johnson ve Novavaxın da hazırladığı peyvvəndlərnə yaxın günlərdə istifadə üçün icazə veriləcək”.

Bill Qeyts koronavirusdan dünyanın nə zaman xilas olacağı barədə konkret söz deməyib. O bildirib ki, ilin ortalarına doğru vəziyyət dəyişə bilər.

Xatırladaq ki, Microsoft şirkətinin rəhbəri koronavirusla bağlı qalmaqallı açıqlamaları ilə gündəmdə olub. Həmçinin bu virusun yaradılmasında onun rolunun olduğunu iddia edənlər də az deyillər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button