Dünya

Çinlə Tayvan müharibənin bir addımlığında

Çinlə Tayvan arasında gərginlik pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, son 3 gündə 93 hərbi təyyarəni havaya qaldıran Pekin, əzələ nümayiş etdirib. Üstəlik, Tayvanın onun torpaqları olduğunu bəyan edib.

Bu əsnada, Çin Kommunist Partiyası məsələ ilə bağlı hər hansı açıqlama verməsə də, nəzarətində olan media “III Dünya müharibəsin başlayacaq” xəbərdarlığını edib.

Pekində nəşr olunan “Global Times” qəzeti yazıb ki, ABŞ ilə Tayvan arasındakı ittifaq “çox cəsarətli” addımdır və bu, Çinlə Amerikanı üz-üzə gətirəcək. “Çin xalqı Amerika ilə müharibəyə tam hazırdır. Tayvan isə atəşlə oynayır”.

Qeyd edək ki, ABŞ Tayvanı müdafiə etmək üçün zəruri olan bütün addımları atacaqlarını bildirib. Bu səbəbdən də müttəfiqi Yaponiya ilə danışıq apararaq, onların da dəstək verməsini istəyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button