Dünya

Dnestryanıda teleqüllə və hərbi aerodrom vuruldu

Xəbər verdiyimiz kimi, dünən qondarma Dnestryanı bölgədə vəziyyət qarışmağa başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Rusiyanın dəstəyi ilə Moldovadan ayrılmaq istəyən və özlərinə qondarma “respublika” quran Dnestryanıda dünən “milli təhlükəsizlik xidməti”nin binası atəşə tutulmuşdu.

Belə ki, hadisənin kimlər tərəfindən törədildiyi məlum olmasa da, bina qumbaraatanlarla atəşə tutulduğu dəqiləşdirilmişdi. Bu gün isə daha iki hadisə baş verib. JAMAZ.İNFO xəbər verir ki, az əvvəl Traspol şəhərində yerləşən Teleradio Qülləsi yaxınlığında partlayışlar baş verib. “Ukrinfo”nin yaydığı xəbərə görə, partlayışlardan biri teleqüllənin binasında baş verib.

İkinci hadisə isə yenə Ttiraspol şəhəri yaxınlığında baş verib. Belə ki, şəhərin yaxınlığında yerləşən hərbi aerodrom PUA-larla vurulub. Aerodroma 60 mm-lik bombaların atıldığı iddia olunur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button