Dünya

Donbas separatçıları: “İngilis hərbçiləri bizi atəşə tuturlar”

Rusiya-Ukrayna gərginliyi pik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, bu gündən etibarən Ukrayna deputatlarının ölkədən çıxışına qadağa qoyulub.

RİA Novosti agentliyi iddia edib ki, həmin xəbər Ukrayna Rifah Partiyasının lideri və Radanın vitse-spikeri Vadim Robinoviç tərəfindən Facebookda yayılıb.

Qeyd edək ki, bu gün daha bir qalmaqallı xəbər yayılıb. Daha doğrusu, Donbasdakı separatçıları olduqca ilginc, həm də təxribat xarakterli məlumat açıqlayıblar. Onlar iddia edib ki, bu gün səhərt saatlarında Ukraynada təlimlərdə olan ingilis ordusunun zabitləri guya, onlara atəş açıb. Həmin iddiaya görə, bu gün səhər aatlarından etibarən Ukrayna ordusu mütəmadi olaraq Donbas və Luqansk istiqamətlərində atəş açmağa başlayıblar. Həmin vaxt Ukrayna ordusuna NLAW raket sistemlərindən istifadə qaydalarını öyrədən ingilis hərbçiləri də onlarla birlikdə atəş açıblar.

Lakin separatçılar bununla bağlı hər hansı bir dəlil və sübut təqdim edə bilməyiblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button