Dünya

Erməni ekspert: “İran malları Ermənistana daşınır, qazanansa Azərbaycandır”

Ötən gün Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Qafan-Gorus yolu üzərində qurulmuş gömrük-keçid məntəqəsində toplanan vəsaitlə bağlı açıqlama verib. JAMAZ.İNFO xəbər verir ki, həmin açıqlamaya əsasən bir neçə ay içində gömrük yığımlarının həcmi 2 milyon manata yaxın olub.

Qeyd edək ki, bu açıqlamadan sonra Ermənistanda ciddi müzakirələr başlayıb. Paralel olaraq, erməni müxalifəti yerli hakimiyyəti sərt formada tənqid etməyə başlayıb.

Erməni ekspert Armen Manvelyan iddia edib ki, Ermənistanın indiki hökuməti Azərbaycanın güclənməsinə töhfə verir. “Bizim büdcəmiz isə əksinə, azalır”.

Onun sözlərinə görə, iranlı sürücülər artıq Ermənistan ərazisindən keçməməyə üstünlük verirlər. “Çünki onlar İran-Ermənistan sərhədini keçərkən ikiqat gömrük rüsumu ödəyirlər. Ona görə də, onlar Azərbaycandan keçməyə və ikiqat pul ödəməməyə üstünlük verirlər. Nəticədə Ermənistana daxil olmalı olan məbləğ Azərbaycan büdcəsinə keçir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button