Dünya

Ermənilər Gürcüstana müharibə elan edir: Bu dəfə də separatizm kartını işçə salacaqlar

Ermənistan daha bir nəqliyyat-kommunikasiya yolundan məhrum olmağa başlayıb. Bir müddət əvvəl Qafan-Gorus yolunu nəzarətə götürən və orada gömrük postları quran Azərbaycan, bununla İrandan İrəvana gələn yüklərin davamlı daşınmasına stop qoydu. Daha doğrusu, qanuni olaraq həmin maşınlardan gömrük haqqı tələb etdi.

Bunun ardından, yaşanan gərginlik, Ermənistanda qiymətlərin bahalaşması fonunda İrəvan daha bir problemlə üz-üzə qalıb. JAMAZ.İNFO xəbər verir ki, həmin problem erməni yük maşınlarının Gürcüstan sərhəddində saxlanılması və Yuxarı Lars Gömrük Keçid məntəqəsindən buraxılmamasıdır. Elə bu səbəbdəndir ki, 10 günə yaxındır erməni yük maşınları yolda qalıblar. Nə zaman gömrükdən buraxılacaqları isə məlum deyil.

Rəsmi Tbilisi bəyan edib ki, yük maşınlarının buraxılmasında  heç bir ayrı-seçkilik yoxdur. Onlar hava şəraitinin pis olmasını əsas gətirərək, bütün yük maşınlarının Yuxarı Larsda saxladıqlarını vurğulayıblar.

Erməni sürücülər isə iddia edirlər ki, Tbilisinin açıqlaması həqiqəti əks etdirmir. Onlar bildirirlər ki, hal hazırda Yuxarı Lars gömrüyündən Azərbaycan, Türkiyə və İran maşınları sərbəst keçir. Yeganə hərəkətinə qadağa qoyulmuş maşınlar isə Ermənistana məxsusdur. “Əgər proiblem hava şəraiti ilə bağlıdırsa, o zaman Azərbaycan, Türkiyə və İran maşınlarını niyə buraxırlar? Deməli, məsələ hava deyil. Məsələ ermənilərin Rusiyaya çıxışını önləməkdir”.

Bu açıqlamalardan sonra Ermənistanda ara qarışıb. Yerli media açıq şəkildə Gürcüstanı təhdid edən, onu hədələyən məqalələr dərc etməyə başlayıblar. Belə ki, “Armenian Report”, “Hraparak”, “Aravot” kimi nəşrlər Gürcüstanın belə bir addım atmasının Azərbaycandan aldığı təlimat əsasında etdiyini iddia edirlər. Bunun üçün “arqument” də tapıblar. “Bir neçə gün əvvəl Gürcüstanın baş naziri Qaribaşvili Bakıya səfər etdi. Orada İlham Əliyevlə görüşdü. Əminik ki, İlham Əliyev Qaribaşviliyə erməni yük maşınlarına maneçilik törətmək barədə tapşırıq verib və əvəzində ona yeni nələrsə vəd edib”.

Elə bunun ardından həmin yazıların müəllifləri Tbilisini hədələməyə başlayıblar. Hədənin predmeti isə Cavaxetiyadır. “Cavaxetiya 30 ildir öz müstəqilliyini gözləyir. Orada min illərdir yaşayan ermənilər azad və müstəqil dövlət olmaq üçün çalışırlar. Lakin indiyə qədər Ermənistan onlara bu məsələdə dəstək verməyib. Çünki Gürcüstanla dost və qardaş ölkə olmağa çalışıb. Lakin satılmış gürcülər bunu anlamırlar və qiymətləndirmirlər”.

Həmin müəlliflərdən biri, özünü ekspert adlandıran Tevos Arşakiya isə bir qədər də irəli gedərək təhdidin dozasını artırmağa çalışıb. O yazır ki, bundan sonra Gürcüstana heç bir güzəşt edilməməlidir. “Biz Cavaxetiyanı ayağa qaldırmalıyıq. Tbilisi anlamalıdır ki, əgər Cavaxetiya müstəqillik əldə edərs və azad dövlət olarsa, onun Azərbaycan və Türkiyə ilə birgə həyata keçirdiyi bir çox iri layihələr batacaq. Məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, BTC kimi layihələr sual altına düşəcək. Və bnuna başlamağın zamanıdır. Madam ki, onlar Azərbaycanın tapşırığı ilə Ermənistanın yüklərini sərhəddən buraxmırlarsa, gürcülərə layiqli cavab vermək lazımdır”.

P.S. Ermənilərin xəstə təxyyülə malik olduqlarının sübuta ehtiyacı yoxdur. 44 günlıük müharibədən məğlubiyyətlə və ordusunun böyük hissəsini itirərək çıxmış bir ölkə indi də Gürcüstanın üzərinə xoruzlanır. Bir şapalaq da gürcülərdən aldıqdan sonra onların Qafqazda qalmasının özü sual altına düşəcək. Üstəlik, hər cəhətdə, hər addımda terroru, separatizmi dəstəkləməklə özlərini daha da gözdən salırlar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button