Dünya

Ermənilər müharibədə ölən yaxınlarının meyitlərini götürməkdən imtina edirlər

Valideynləri 44 günlük müharibədə ölmüş erməni əsgərlərinin meyitlərini morqdan götürməkdən imtina edirlər. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anahit Avanesyan deyib.

Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyinin morqlarında belə meytlərin sayı az deyil. “Bəli, bizdə elə hallar var ki, ölən əsgərin qalıqları müəyyən edilib. Bu nəticələr başqa ölkələrdə iki dəfə, bəzən üç dəfə öz təsdiqini tapıb və qohumlar hələ də qalıqları götürüb dəfn etməyə hazır deyillər”.

Aqvanesyan bildirib ki, nümunələr təkrar müayinə üçün Hollandiya, Rusiya, Gürcüstan, Almaniya və digər ölkələrə göndərilib və bütün nəticələr Ermənistanda aparılan analizin nəticələri ilə eyni olub.

Nazir qeyd edib ki, bir müddət sonra yaxınları qalıqları götürməsə, səlahiyyətlilər onları dəfn etməli olacaqlar.

Avanesyan iddia edir ki, ölənlərin qalıqları nominal qəbirlərdə basdırılacaq. “Burada kütləvi məzarlıqdan söhbət getmir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button