Dünya

Ermənilərin 54.6 faizi Türkiyə ilə sərhədlərin açılmasının əleyhinədir – SORĞU

“GALLUP” Beynəlxalq Assosiasiyası Ermənistanda Türkiyə ilə sərhədlərin açılması məsələsi ilə bağlı sorğu keçirib. JAMAZ.İNFO xəbər verir ki, assosiasiyanın Ermənistan üzrə nümayəndəsi Aram Navasardyan nəticələri açıqlayıb.

Navasardyanın sözlərinə görə, sorğular yanvarın 24-dən fevralın 2-dək keçirilib. Respondentlərin sayı isə 800 nəfər təşkil edib. Əsasən İrəvan əhalisi arasında keçirilən sorğuda əsas sual “Türkiyə-Ermənistan sərhədinin açılmasına razısınızmı” olub. Suala cavab verənlərin 6 faizi cavab verməkdə çətinlik çəkdiyini bildirib. 54,6 faizi isə qətiyyən razı olmadığını bildirib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button