Dünya

Ermənistan 100 dollar uşaqpulu verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan seçkilərdə qalib gəldikdən sonra Ermənistanda uşaqpulunu artıracağını bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, Masisdə seçiciləri ilə görüşdə o deyib ki, bu artım 3-cü uşaqlara şamil olunacaq.

Onun sözlərinə görə, 2022-ci ildə Ermənistanda doğulan hər üçüncü uşağa 100 dollar aylıq uşaqpulu veriləcək. “Bu artım 4-cü uşağa da şamil ediləcək. Və ödənişlər uşaq 4 yaşına çatana qədər davam edəcək”.

Paşinyan deyib ki, bu proqramı 2025-ci ilə kimi həyata keçirəcəklər. Ondan sonra isə həmin proqramın davam edib, etməməsinə qərar verəcəklər.

Qeyd edək ki, 2020-ci ildə Ermənistanda doğulan uşaqlara 2 illik müddətinə müavinətlərin verilməsi üçün 7 milyon dollar pul xərclənib. İyunun 1-dən isə həmin məbləğ artaraq, hər bir üşaq üçün 50 dollar təşkil edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button