Dünya

Ermənistan müxalifəti əhalini parlamentin qarşısına çağırdı

Ermənistanda Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra siyasi vəziyyət kritik həddə çatıb. JAMAZ.İNFO xəbər verir ki, erməni müxalifəti birləşərək “Vətənin Müdafiəsi Naminə Hərəkatı” yaradıb və mütəmadi olaraq etiraz aksiyaları həyata keçirirlər.

Qeyd edək ki, müxalifətin əsas tələbi baş nazir Nikol Paşinyanın istefa verməsi, növbədənkənar seçkilərin keçirilməsi və seçkiyə qədər müvəqqəti hökumətin yaradılmasıdır.

Bu səhər isə Ermənistan müxalifəti əhaliyə çağırış edərək, onları yenidən etiraz aksiyalarına çağırıb. Belə ki, “Vətənin Müdafiəsi Naminə Hərəkatı” çağırış edib. “Dünən ölkənin bütün ərazilərində əhali etiraz aksiyaları keçirib. Bu gün də eyni ruhla etirazlara davam edəcəyik. Saat 16:00-da Ermənistan parlamentinin binası qarşısında görüşürük”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button