Dünya

Ermənistan türk mallarına qoyulan qadağanı götürmək istəyirlər

Ermənistan türk mallarının ölkəyə gətirilməsi və satışına qadağanı götürmək istəyir. JAMAZ.İNFO xəbər verir ki, Paşinyan hökuməti ötən ilin dekabrında qəbul etdiyi qərara yenidən baxacağını bəyan edib.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib ki, hökumət türk mallarının satışının qadağan ediləcəyini heç vaxt deməyib. O deyib ki, bununla bağlı məsələyə baxılacaq. “Bu gün bazarda türk malları satılır. Biz istəsək də, istəməsək də türk malları Ermənistana gətirilir və satılır. Bu da bazardakı təlabatla bağlı olan məsələdir”.

Onun sözlərinə görə, seçkilərdən sonra məsələyə yenidən baxılacaq. “İlkin mərhələdə qadağan edilmiş türk mallarının siyahısı dəqiqləşdiriləcək. Bu siyahı genişlənə də, kiçilə də bilər. Bundan sonra həmin malları ölkəyə buraxmamağa nəzarət edəcək qurum müəyyən ediləcək”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button