Dünya

Ermənistanın baş diplomatı istefa verir

Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan istefa verməyə hazırlaşır. JAMAZ.İNFO xəbər verir ki, o, bu qərarını Düşənbədə KTMT XİN başçılarının görüşü zamanı həmkarlarından birinə bildirib.

İstefasının səbəbi kimi isə ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi üçün birgə razılaşmaya dair sənədə etirazı göstərilib. Məlumatda deyilir ki, Ara Ayvazyan Düşənbədən İrəvana dönən kimi istefa ərizəsini hökumətə təqdim edəcəyini deyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button