Dünya

Gürcüstanın yarısı qaranlığa qərq olub

Gürcüstanın əksər əyalətləri və paytaxt Tbilisi elektrik enerjisiz qalıb. JAMAZ.İNFO xəbər verir ki, ölkənin yarısının elektriksiz qalmasının konkret səbəbləri məlum deyil.

Yalnız “Telasi” şirkəti az öncə məlumat yayaraq, Tbilisinin Samqori, Nadzaladevi və Saburtalo rayonlarının elektrik enerjisi verilişinin müvəqqəti dayandıracaqlarını bildirib.

İlkin məlumatlara görə, paytaxtda hadisəyə səbəb Tbilisi İdman Mərkəzində baş verən qəza olub. Əyalətlərdə elektrikin kəsilməsinin səbəbi isə bəlli deyil.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button