Dünya

Hər 3-cü uşağa görə 14 min dollar veriləcək

Rusiya prezidenti Vladimir Putin Uzaq Şərq federal dairəsində yaşayan ailələrə hər üçüncü və ondan sonra doğulan uşaqlar üçün hər birinə 1 milyon rubl (14 min dollar) mükafat verilməsini təklif edib. JAMAZ.İNFO AzadlıqRadiosuna istinadən xəbər verir ki, o hökumətə noyabrın 1-dək bu birdəfəlik sosial ödənişin edilməsi məsələsinə baxılmasını tapşırıb.
Bu müavinəti uşağın doğulmasını VVAQ-da (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarəsi) qeydiyyatdan keçirən ailələr ala biləcək.
Bu vəsaiti regionda yaşayış sahəsinin alınmasına və ya tikintisinə yönəltmək olar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button