Dünya

İran-Əfqanıstan sərhəddində gərginlik: Tehran Dokaruna tank diviziyası göndərdi

Aprelin 23-dən etibarən İran-Əfqanıstan sərhəddində vəziyyət gərginləşməyə başlayıb. Buna səbəb Əfqanıstan tərəfi İslam Qala şəhərindən İranın Dokarun sərhəd keçid məntəqəsinə əlavə avtomobil yolu çəkməsidir.

JAMAZ.İNFO xəbər verir ki, İran tərəfi yeni yolun çəkilməsinin razılaşmada olmadığını əsas tutaraq, əfqan tərəfinin işinə müdaxilə edib. Nəticədə, işlər dayandırılıb.  Bunun ardından isə Dokarun sərhəd keçid məntəqəsini bağlayıb.

Lakin məsələ bununla da yekunlaşmayıb. Bu gün səhər saatlarında İran tərəfi Əfqanıstanla sərhəddə özünün elit tank diviziyalarından biri olan 88-ci Panzer Diviziyasını yerləşdirib. Rəsmi Tehran bununla bağlı hər hansı bir açıqlama verməyib. Əfqanıstan tərəfi isə güman edir ki, dünən İslam Qala şəhərindən yol çəkilməsi məsələsi ətrafında yaranmış gərginlik səbəbindən İran belə bir addım ata bilər. Onlar hesab edirlər ki, İran təhlükəsizlik tədbirlərini gücləndirmək məqsədi ilə tank qüvvələrindən istifadə etmək qərarına gəlib.

Qeyd edək ki, Dokarun keçid məntəqəsi İran və Əfqanıstan arasında ən mühüm ticarət yollarından biri sayılır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button