Dünya

İran Rusiyadan silah almağı dayandırdı

Uzun müddətdir Rusiyadan silah alan İran, dünəndən etibarən bütün müqavilələri dayandırdığını bəyan edib. JAMAZ.İNFO “Mehr” Agentliyinə istinadən xəbər verir ki, Tehranın belə bir addım atmasının konkret səbəbləri məlum deyil.

Agentlik rəsmi qaynaqlara istinadən bildirir ki, Rusiyadan S-400 raket-komplekslərini almaq üçün anlaşan İran öhdəliyin yerinə yetirilməməsi səbəbindən narazı qalmışdı. Lakin sonradan bu məsələ tərəflər arasında həllini tapdı.

Son ləğv olunan müqavilənin isə MiQ-31 hərbi təyyarələri ilə bağlı olduğu deyilir. Bildirilir ki, İran həmin təyyarələri almaqdan imtina edib. Onun əvəzində isə Çindən J-10 markalı hərbi təyyarələr almağı qərarlaşdırıb.

JAMAZ.İNFO xəbər verir ki, İranın gözlənilmədən müttəfiq hesab etdiyi Rusiya ilə silah alış-verişini dayandırmasının bir səbəbi kimi də, Qarabağ müharibəsi zamanı rus silahlarının özünü doğrultmaması göstərilir. Qeyd edilir ki, hətta Rusiyanın ən çox təriflədiyi “İsgəndər” raketlərinin belə partlamaması Tehranı düşünməyə vadar edib. Ona görə də, Çinlə silah alışı sahəsində əməkdaşlığa qərar verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button