Dünya

İran təkzib elədi: ABŞ-ın Ərbilədki Konsulluğunu kim vurub?

Xəbər verildiyi kimi, bu gecə ABŞI-ın Ərbil şəhərindəki konsulluğu və onun yaxınlığında yerləşən hərbi baza raket hücumuna məruz qalıb. JAMAZ.İNFO xəbər verir ki, bu hadisənin İran tərəfindən törədildiyi, 6 ədəd raketin Təbriz yaxınlığında yerləşən hərbi bazadan atıldığı deyilir.

İraq tərəfi konsulluğun ərazisinə 5 raket düşdüyünü bildirib. Toplam isə 12 raket atıldığını və onların ballistik olduğu qeyd olunub. Rəsmi Bağdad hədəfin konkret olaraq ABŞ Konsulluğu və ya onun yaxınlığındakı hava limanı olduğu məsələsini araşdırmağa başlayıb. Bundan başqa, ABŞ-ın İraqdakı hərbi kontingenti yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

İran tərəfi isə bəyan edib ki, Ərbildəki konsulluğun vurulmasının onlarla heç bir əlaqəsi yoxdur. Rəsmi Tehran öz ərazisində dünən gecə heç bir raket buraxılmadığını da bildirib. Həmin məlumatlara görə, ABŞ-ın Konsulluğun ərazisinə “Qrad” qurğusundan açılmış 14 ədəd raket düşüb.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button