Dünya

İranda ard-arda iki qəribə hadisə: Dünən Natanz AES-ə hücum olub, bu gün isə PUA vurulub

Xəbər verildiyi kimi, dünən İranın Natanz şəhərində yerləşən Atom Elektrik Stansiyasının ərazisinə raket atılıb. JAMAZ.İNFO xəbər verir ki, baş verən partlayışdan sonra rəsmi Tehran açıqlama verib ki, qorxulu bir şey yoxdur.

Onlar bildiriblər ki, Natanz AES-in təhlüksəzliyininyoxlanılması məqsədi ilə SEPAH təlim keçib, atılan raket də həmin hərbi qüvvələrə məxsusdur. Lakin yerli müşahidəçilər iddia edirlər ki, hadisə kənar müdaxilə nəticəsində baş veürib. Hətta raketin İsrail tərəfindən atıldığına dair iddialar da var.

Bu gün isə İranda daha bir hadisə qeydə alınıb. JAMAZ.İNFO xəbər verir ki, ölkənin Kohrəng vilayətinin Mixex kəndi yaxınlığında PUA qalıqları tapılıb. Daha doğrusu, havada baş verən güclü partlayışdan sonra PUA kəndin yaxınlığındakı əklin sahəsinə düşüb. Hadisə barədə rəsmi açıqlama verilmir. Mehr Agentliyininm yaydığı xəbərə görə, Tehran rəsmiləri ilə məsələni dəqiqləşdirmək mümkün olmayıb.

Yerli mütəxəssislər isə qeyd edirlər ki, vurulan PUA İranın öz istehsalı olan “Şəhid 171 Simruğ” markalı pilotsuz uçan aparatdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button