Dünya

İrandan Ermənistana qadağa: Bundan sonra ölkəyə girən hər maşından 120 dollar rüsum alınacaq

İran hökuməti may ayının 21-dən etibarən Ermənistandan bu ölkəyə daxil olan avtomobillərlə bağlı qadağa tətbiq edib. JAMAZ.İNFO xəbər verir ki, bununla əlaqədar olaraq Tehran 2014-cü ildə imzalanmış sazişi də ləğv edib.

Həmin sazişə əsasən İrandan Ermənistana və əksinə hərəkət edən istənilən növ avtomobillərdən (yük maşınları xaric) rüsum tutulmaması qərarlaşıdırlıb. Lakin 2018-ci ildən etibarən Ermənistan tərəfi həmin sazişə əməl etməyərək, İrandan ölkəyə daxil olan bütün maşınlardan rüsum almağa başlayıb.

Bununla əlaqədar olaraq, Tehran və İrəvan arasında bir neçə dəfə danışıqlar baş tutsa da, razılaşma əldə olunmayıb. İranın Yol və Şəhərsalma Nazirliyi bəyan edib ki, Ermənistan sazişin şərtlərini pozduğundan onlar da həmin razılaşmanı dayandırıblar. Bundan sonra Ermənistandan İrana daxil olan bütün növ avtomobillərdən 120 dollar rüsum alınacağı barədə qərar qəbul ediblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button