Dünya

İranın hərbi-kəşfiyyat  gəmisi batdı: Müəmma

Son zamanlar İranda maraqlı, həm də təhlükəli hadisələr baş verir. JAMAZ.İNFO xəbər verir ki, bir neçə gün əvvəl İranın ən böyük Atom Elektrik Stansiyası olan Natanza raket hücumu olmuşdu.

Belə ki, AES-in ərazisində güclü partlayış səsləri qeydə alınmışdı. Lakin sonradan Tehran rəsmiləri açıqlama yaydılar ki, bu təlim məqsədi daşıyıb, AES-in təhlükəsizliyini yoxlamaq üçün SEPAH tərəfindən raket atılıb.

İkinci olay isə Natanz məsələsinin səhəri günü baş verib. JAMAZ.İNFO bildirir ki, bu dəfə İranın Mexax kəndi yaxınlığında PUA vurulub. Hadisənin hansı şəraitdə, necə baş verdiyi barədə heç bir məlumat yoxdur.

Bu gün isə Bəsrə körfəzində İrana məxsus hərbi gəmi batıb. Məlumata görə, İran ordusu tərəfindən inşa edilən gəmi Bəndər Abbas limanından azca aralandıqdan sonra qəfil batıb. “Talayeh” adlı gəminin hansı səbəbdən batdığı məlum deyil. Bilinən odur ki, gəmidəki heyətin bir üzvü ölüb. Digərlərinin isə axtarışları həyata keçirilir. Rəsmi Tehran isə məsələ barəsində hələliki susur.

Məlumatlara görə, “Talayeh” gəmisi kəşfiyyat əməliyyatları aparmaq üçün nəzərdə tutulubmuş.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button