Dünya

İsrail prezidenti martın 9-da Türkiyəyə səfər edəcək

Türkiyə ilə İsrail arasında əlaqələrdəki buzlar əriməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, İsrailin prezidenti İsaak Hersoq Ankaraya rəsmi səfərinin vaxtı dəqiqləşib.

Məlumata görə, İsrail lideri martın 9-da Türkiyəyə səfər edəcək. Səfər iki gün davam edəcək. İki ölkə arasında hər hansı sənədin imzalanıb, imzalanmayacağı barədə dəqiq bilgilər yoxdur.

Bu əsnada, Türkiyənin Prezident Admnistrasiyasının mətbuat katibi İbrahim Kalın və Xarici İşlər nazirinin müavini Sedat Önal Fələstinə səfərə hazırlaşır. Onlar Fələstin lideri Mahmud Abbasla görüşəcəklər..

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button