Dünya

Keçmiş əsir Ermənistan vətəndaşlığından imtina edir

Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən əsir götürülmüş Livan vətəndaşı olan erməni əsilli Maral Nacaryan Ermənistan vətəndaşlığından imtina edə bilər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə deputat erməni snayperin vəkili Aleksandr Koçubayev bildirib.  

O deyib ki, Nnacaryan əsir düşən zaman pasportu üzərində olub. Lakin əsirlikdən azad edildikdən sonra Azərbaycan tərəfi onun sənədlərini verməyib. “Mən bununla bağlı Ermənistan tərəfinə yeni pasport verilməsi ilə bağlı müraciət etdim. Amma polisdə mənə bildirdilər ki, yeni pasport alması üçün Nacaryanın özü Polis Şöbəsinə gəlməlidir”.

Vəkil bildirib ki, hazırda Maral Nacaryanı Ermənistan pasportu maraqlandırmır. “Biz hazırda Nacaryanla Ermənistan vətəndaşlığı və pasportu istəyib, istəmədiyini müzakirə edirik. Bundan sonra hansı addım atacağımızı qərarlaşdıracağıq”.

Xatırladaq ki, Qarabağ döyüşlərində snayper olan Maral Nacaryan Laçın yaxınlığında əsir düşüb. Bir müddət sonra isə üçtərəfli anlaşmaya əsasən Azərbaycan tərəfi onu vətəndaşı olduğu Livan dövlətinə təhvil verib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button