Dünya

Keçmiş səfir: “Ukrayna müharibəsi iki sennari üzrə davam edəcək”

“Ukraynada müharibə həlledici mərhələyə qədəm qoyub. Bundan əlavə, hadisələrin inkişafı üçün iki ssenari mümkündür. Çox güman ki, uzun sürən döyüşlərə şahid olacağıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Böyük Britaniyanın Rusiyadakı keçmiş səfiri Toni Brenton deyib.

Onun sözlərinə görə, birinci sennari Rusiyanın Donbasda uğur qazana biləcəyidir. “Əgər Rusiya Federasiyası Donbasda uğur qazanarsa, o zaman gələcək danışıqlarda böyük üstünlük əldə edəcək. Eynu zamanda, yenidən Kiyevə hücuma başlayacaq. Bu, birinci ssenaridir. Lakin ikinci ssenari daha çox realdır. Belə ki, Rusiya Ukraynanın şərqinə hücumla bataqlığa düşəcək və bundan sonra uzun müddətli lokal müharibəyə start veriləcək”.

Brenton daha sonra Putin barəsində də danışıb. “Mən onu çox bacarıqlı, diqqətli, lakin xoşagəlməz Rusiya lideri kimi xatırlayıram. O, Rusiyanı yenidən böyük etmək arzusu ilə idarə edir. Risk edən bir insan, lakin buna getməzdən əvvəl çox diqqətlə hər şeyi hesablayan biridir. Aydındır ki, hazırda qarşılaşdığımız Putin mənim tanıdığım adamdan çox fərqlidir. Putin bu müharibə ilə böyük riski üzərinə götürüb”.

Keçmiş səfir  Putinin nüvə silahından istifadə ilə bağlı hədələrini qeyd edib. Keçmiş səfirin sözlərinə görə, belə bir ehtimalı tamamilə istisna etmək olmaz.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button