Dünya

Koçaryan: “Ermənistanın məğlubiyyəti razılaşdırılmış olub”

“Biz müharibədə bu şəkildə məğlub olmamalıydıq”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan tərəfdarları ilə keçirdiyi görüşdə deyib.

O deyib ki, müharibənin 3-4-cü günlərində Ermənistanın ciddi problemlərinin olduğunu görüb. “Dövlət müharibənin idarə edilməsini tam olaraq üzərinə götürmədi. Bu ən böyük problem idi. Bir ordu davamlı olaraq bir həftədən artıq müharibə apara bilməz. Çünki hər bir orduda əsgər ən yaxşı halda 5-7 gün davam gətirə bilir. Bu müddətdən sonra yerdəyişmə edilməlidir. Ən dəhşətli problem o oldu ki, ordu ilk ən böyük zərbəni üzərinə çəkdi. Bu zaman dövlət çalışmalıydı, arxa cəbhə təşkil olunmalıydı, ordu yenilənməliydi, ümumi səfərbərlik elan edilməliydi, mobil resursların idarə edilməsi təmin olunmalıydı. Bunların heç biri baş vermədi”.

Koçaryan əlavə edib ki, məhz bu səbəbdən 4-5 gündən sonra Ermənistan ordusunun vəziyyəti pisləşməyə başladı. “Düşmən cənubdan cəbhəni 3-4 kmdən 14 km-ə qədər yardı. Bundan sonra dövləy bütün gücünü səfərbər edərək, hücuma keçməliydi. Mən heyrət içindəyəm ki, bu necə baş verdi. Bir çox suallar var ki, onlara cavabı iyunun 21-dən sonra cavab vermək mümkün olacaq”.

Ermənistanın keçmiş prezidenti iddia edir ki, onda müharibənin məqsədli şəkildə uduzulmasına dair şübhələr var. “Məndə belə bir qənaət yaranıb ki, bu, razılaşdırılmış məğlubiyyət idi”.

Koçaryan Azərbaycana təzyiq göstərmək üçün bütün imkanların işə salınmasını təklif edib. O deyib ki, Ermənistan diplomatiyası təcili olaraq əsirlər məsələsini daha aktiv şəkildə gündəmə gətirməli və bu istiqamətdə Bakıya təzyiqləri gücləndirməlidir. “Biz davamlı olaraq Azərbaycana təzyiq etməliyik. “Bbirinci Qarabağ müharibəsi zamanı Azərbaycanın əlində 130-140 əsir var idi. Həmin vaxt bu bizim üçün problem yaratmırdı. Çünki həddindən artıq təzyiqlərimiz güclü idi. Lakin indi durum fərqlidir”.

Sabiq prezident onu da təklif edib ki, ermənilər elə bir kampaniya aparmalıdırlar ki, Azərbaycanın əsəbləri dözməsin və Bakı erməniləri tez bir zamanda geri versin. “Mənə elə gəlir ki, Azərbaycan bizdən daha nələrisə istəyir. Elə bu istəyinə görə də, əsirləri əlində saxlayır və onlardan təzyiq vasitəsi kimi istifadə edir. Bu Qarabağın şimalındakı anklav ərazi ilə bağlı ola bilər. Mümkündür ki, Zəngəzur istiqamətindən dəhlizin açılması üçün təzyiq edirlər. Və ya Qırmızı Bazar-Şuşa yolunu nəzarətlərinə alıb, yol çəkmək fikrindədirlər. O da ola bilər ki, məsələ Qarabağ “Müdafiə Ordusu”nun statusu ilə bağlıdır”.

Onun sözlərinə görə, əsirlər məsələsi Azərbaycanın əlində dəyənkdir. “Onlar bu dəyənək vasitəsi ilə Ermənistanı güzəştə məcbur edirlər. Mən hesab edirəm ki, əsirlər məsələsi hər hansı ərazi və ya başqa bir məsələ üçün ticarət predmeti olmamalıdır”.

P.S. Ermənilər elə zənn edirlər ki, onlar təkbaşına böyük qüvvədirlər və ya məğlubedilməzdirlər. Birinci Qarabağ müharibəsi zamanı rusların köməyi ilə torpaqlarımızı işğal etmişdilər. Burda atalar sözü yada düşür: “İt ağacın kölgəsində yatar, elə bilər ki, öz kölgəsidir”. Həqiqətən də ermənilər elə itin ağlındadırlar. Hələ də anlamırlar ki, qarşılarında əvvəlki Azərbaycan yoxdur və Azərbaycan heç bir zaman Qarabağı onlara güzəştə getməyəcəkdi. Və getmədi də. Məhz hazırlığı, Ordumuzun qəhrəmanlığı və ağıllı taktikası nəticəsində 44 günlük müharibə ərzində Ermənistan ordusunun 80 faizini sıradan çıxara bildi.

Təbii ki, ermənilər məğlubiyyəti həzm edə bilmirlər. Mümkün qədər öz acizliklərini, gücsüzlüklərini qəbullanmaqdan qaçırlar. Həmişə günahkar axtarırlar. Məsələn, “Biz bütün dünya ilə, üstəlik, şeytanla da döyüşürdük” deyən erməni keşiş kimi.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button