Dünya

Koronavirusun mərkəzində həyat normala dönüb: “Qısqanclıq etməyin, bizi örnək alın”

Koronavirusun ilk yayılma mərkəzi olan Çinin Vuhan şəhərində həyat çoxdan normala dönüb. Artıq insanlar Vuhanda maskasız gəzməklə yanaşı, həm də çoxlu sayda şəxsin iştirakı ilə partilər və əyləncələr təşkil edə bilir. JAMAZ.İNFO xəbər verir ki, bu günlərdə şəhərdə minlərlə insanın qatıldığı əyləncələrin foto şəkilləri isə bir çox ölkələrdə narazılıqla qarşılanıb.

Çin tərəfi isə bu yanaşmanı doğru hesab etməyərək, Qərb dövlətlərinin məsələyə qısqanclıqla yanaşdığını bildirib. İngiltərənin “The Global” nəşri Pekin hökumətinin mövqeyini dərc edərək, yazıb ki, Vuhanda baş verənlər artıq keçmişdir və Qərb dövlətlərinin buna qısqanclıqla yanaşması da ədalətli deyil. “Qərb ölkələri qısqanc və düşməncəsinə davranmaq yerinə, koronavirus pandemiyasını nəzarət altına almağa çalışmalıdır. Çinin virusun önünü almaq üçün atdığı addımlar örnək alınmalıdır”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button