Dünya

Kriminal avtoritet prezidentin yaxınları ilə işbirliyində: Qazaxıstana aksiyalardan əvvəl qayıdıb?

Qazax əslilli kriminal avtoritet Arman Cumagəldiyev (Arman Dikiy) hələ də həbsdədir.
Qaynarinfo xəbər verir ki, kriminal avtoritet Qazaxstanda qiymət artımına etiraz olaraq başlayan kütləvi aksiyalara liderlik etməkdə təqsirləndirilir. Türkiyədə məskunlaşan Arman Cumagəldiyev aksiyalar başlayandan bir neçə gün sonra Qazaxıstana gəlib. İstintaq onun ölkəyə necə gəldiyini araşdırır.
Bu arada məlum olub ki, Arman Cumagəldiyevin ölkəsinə qayıdışı təkcə aksiyalarla bağlı olmayıb. Qazax əsilli kriminal avtoritet azərbaycanlı “oğru” Nadir Səlifov (Lotu Quli) qətlə yetiriləndən, Türkiyə yeraltı dünyasının tanınmış siması Sedat Peker axtarışa veriləndən sonra problemlərlə üzləşib.
Məlumat üçün deyək ki, Arman Cumagəldiyev Türkiyədə Nadir Səlifovun əsas adamlarından biri kimi tanınırdı. O eyni zamanda “Lotu Quli” ilə sıcaq münasibətləri olan Sedat Pekerlə də yaxınlıq edirdi. Bəzi iddialara görə, “Lotu Quli” və Sedat Peker Arman üçün təhlükəsizlik çətiri olub. İndi onlardan biri həyatda yoxdur, digərinin isə Türkiyə hüquq-mühafizə orqanları ilə ciddi problemləri var. Bu halda Arman Cumagəldiyevin Türkiyədə qalması onun üçün kifayət qədər təhlükəli olub. Çünki avtoritetin Türkiyədə də düşmənləri var. Bəzi məlumatlara görə, “Arman Dikiy” aksiyalardan daha əvvəl, 2021-ci ilin dekabrında Qazaxıstana gəlib. Onun aksiyadan əvvəl ölkəyə gəlişi və etirazçıları açıq şəkildə dəstəkləməsi baş verənlərin əvvəlcədən planlaşdırıldığına dair şübhələri artırırb.
Arman Cumagəldiyevin Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qohumları Samat Abişem və Kayrat Satıbaldı ilə çox yaxın olması da müəyyən mülahizələrə səbəb olub. Satıbaldı Qazaxıstanda radikal dindarların qeyri-rəsmi lideri sayılır. Onun dindarlardan ibarət hərbiləşdirilmiş dəstələrinin olduğunu iddia edilir. Arman Cumagəldiyev isə bu məsələdə onun sağ əli hesab olunur. Nəzərə alsaq ki, Qazaxıstandakı hadisələr həm də Nazarbayev-Tokayev (ölkənin keçmiş və hazırki prezidentləri) qarşıdurması kimi dəyərləndirilir, o zaman Arman Cumagəldiyevin etirazlara Abişem və Satıbaldının təhriki ilə qoşulduğunu söyləmək olar. Yeri gəlmişkən, aksiyaları bu iki şəxsin təşkil etdiyi barədə iddialar var.
Arman Cumagəldiyevin Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayovaya məktub yazması faktı da onun keçmiş prezident və klanı ilə yaxın münasibətlərinin olduğunu deməyə əsas verir.
Hazırda Tokayev dövlət strukturlarında təmizləmə işləri aparır. Nazarbayevin kadrları ard-arda işdən çıxarılır. Bu baxımdan hesab etmək olar ki, Cumagəldiyev də Nazarbayevin adamı kimi uzun müddətli həbsə göndəriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button