Dünya

Minsk Avropaya qaz tranzitini dayandıra bilər: Lukaşenkodan xəbərdarlıq

“Əgər Qərbin tətbiq etdiyi və ya tətbiq edəcəyi sanksiyalar gələcəkdə bizi fövqəladə vəziyyətə salsa və onların sanksiyalarına başqa tədbirlərlə cavab vermək üçün çıxış yolumuz yoxdursa, biz Avropaya qaz tranzitini kəsə bilərik”. JAMAZ.İNFO xəbər verir ki, bunu Belarusiyanın prezidenti Aleksandr Lukaşenko deyib.

Xatırladaq ki, bu, Lukaşenkonun ilk bəyanat deyil. Belə ki, Belarusiya prezidenti ilk dəfə noyabrın 11-də tranzitin mümkün dayandırılmasını elan etmişdi. Sonra o, Aİ səlahiyyətlilərinə miqrantlara görə Belarusa qarşı növbəti sanksiyalar paketini tətbiq etməzdən əvvəl Belarus ərazisindən keçən qaz və yüklərin tranziti, xüsusən də Yamal-Avropa kəməri ilə qaz tranziti barədə düşünməyi tövsiyə edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button