Dünya

MİT daha bir terroçunu məhv elədi: sabiq deputatın bacısı öldürüldü

Son dövrlər həyata keçirdiyi əməliyyatlarla PKK terror təşkilatına aman verməyən Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) daha bir uğura imza atıb. JAMAZ.İNFO xəbər verir ki, İiraqın Süleymaniyyə şəhərində həyata keçirilən əməliyyat nəticəsində terror təşkilatının əsas üzvlərindən biri məhv edilib.

Belə ki, PKK-nın İdarə Heyətində təmsil olunan “Berivan Zilan” ləqəbli Hatice Hezer öldürülüb.

Qeyd edək ki, terrorçu Berivan Zilan HDP-nin Vandan seçilmiş deputatı Tuğba Hezer Öztürkün bacısıdır. Onun bir qardaşı isə 1994-cü ildə PKK-ya qoşulmuş və 4 il sonra öldürülmüş “Civan Zilan” ləqəbli Musa Qasım Hezer olub. Hatice Hezerin əmisi qızı, “Sema Zilan” ləqəbli Gülten Hezer isə 2002-ci ildən bəri PKK-da fəaliyyət göstərir.

 

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button