Dünya

Moskvada Paşinyana nə təklif olunub?

Oktyabrın 12-də Rusiyaya səfər etmiş və orada prezident Vladimir Putinlə görüşmüş Ermənistanın baş naziri Nikol Paşinyanla bir çox məsələlərlə bağlı müzakirələr olub. Həmin müzakirələrdən biri də Avrasiya İttifaqına üzv olan Ermənistanın Rusiya-Belarusiya İttifaqında da təmsilçiliyidir. JAMAZ.İNFO xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Qəzet yazır ki, Moskva görüşündə Paşinyana Rusiya-Belarusiya ittifaqına qoşulmaq təklif olunub. Həmin təklifə əsasən 2025-ci ilə qədər bütün sahələrdə hazırlıq tamamlanmalı və vahid baza yaradılmalıdır. Bnundan başqa, bütün sahələrin inteqrasiyası və vahid bazarın yaradılması da qərarlaşdırılıb.

Məlumatda qeyd olunur ki, İrəvanın bu məsələyə münasibəti dəqiq deyil. Belə ki, Ermənistan Rusiya ilə eyni ittifaqda olmaq məsələsində tərəddüd edir. “Lakin bu tərəddüdün uzun sürməyəcək və 2024-cü ildə İrəvan yeni “SSRİ”də təmsil olunacaq”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button