Dünya

Mövlud Çavuşoğlu: “Rusiya və ABŞ verdikləri vədlərinə əməl etmədilər”

Türkiyə ilə Rusiya arasında Suriya üzündən münasibətlər korlana bilər. JAMAZ.İNFO xəbər verir ki, bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlama da bunu deməyə əsas verir.

Çavuşoğlu deyib ki, Rusiya və ABŞ Suriya məsələsində verdikləri sözü tutmayıblar. “Son zamanlar bu cürt hücumları müşahidə edirik. Hər iki ölkə Suriyada terrorçuları ən azı 30 km cənuba köçürəcəkdilər. Rusiya Tel-Rifat və Münbiçi təmizləyəcəkdi. Sözlərinin üzərində durmadı. Dolayısı ilə son hücumlarda Rusiya və ABŞ da məsuliyyət daşıyır”.

XİN başçısı bildirib ki, belə vəziyyətdə onlar üzərinə düşəni edəcəklər. “Bu terroçular burada olduğuna görə, bizim də nə etmək lazım gəldiyi məlumdur. Deməli, öz göbəyimizi özümüz kəsəcəyik. Ərazinin terrorçulardan təmizlənməsi üçün nə lazımdırsa, edəcəyik”.

Çavuşoğlu sonda ABŞ-a xitabən bəyan edib ki, bu gün terrorçulara silah verənlər yalandan bəyanat verməklə kifayətlənirlər. “Deyirlər ki, “hücumları qınayırıq”. Bəs. Onlara silahı kim verir? Onlara kim təlim keçir? Sonra da yalandan, göz boyamaq üçün bəyanat verir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button