Dünya

Paşinyanın partiyası məsləhətləşmələrə başladı

Xəbər verildiyi kimi, dünən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsi ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədi ilə nümayəndə təyin edəcəklərini açıqlayıb. JAMAZ.İNFO xəbər verir ki, analoji addımın Ermənistan tərəfindən atılacağı da təsdiqlənib.

Bununla bağlı, Ermənistan XİN-dən birlidiriblər ki, onlar ilkin şərt olmadan Türkiyə ilə danışıqlara başlamağa hazırdırlar. Bundan başqa, danışıqlar aparmaq üçün xüsusi nümayəndə də təyin edəcəklər.

Bu gün Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyasının parlamentdə təmsil olunan nümayəndələri Ermənistan Xalq Məclisində keçmiş prezident Levon Ter-Petrosyanın xarici siyasət məsələləri üzrə müşaviri Jrayir Lipartiyanla görüş keçiriblər. Yerli medianın yazdığına görə, bu görüşün səbəbi Ermənistan-Türkiyə danışıqları, onun hansı şəkildə aparılması ilə bağlı olub və məşvərət məqsədi daşıyıb.

JAMAZ.İNFO bildirir ki, Lipartyan istər Türkiyə, istərsə də Azərbaycanla bağlı məsələlərdə peşəkar diplomat kimi tanınır. Belə ki, o, Ter-Petrosyanın hakimiyyəti dövründə bu prosesə rəhbərlik edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button