Dünya

Pentaqondan Ukraynaya 100 milyonluq silah, almanlar isə 100 tankın göndərilməsinə qadağa qoyub

Qərb ölkələrinin Ukraynaya silah və maliyyə yardımları davam edir. JAMAZ.İNFO xəbər verir ki, artıq ABŞ Müdafiə Nazirliyi Ukrayna ordusuna göndərdiyi və göndərəcəyi silah və sursatların siyahısını açıqlayıb. Bu təxminən 100 milyon dəyərində olan yardımın ilk partiyası hesab olunur.

Minlərlə “Javelin”, milyonlarla güllə və…

Qqeyd edək ki, Pentaqonun Ukraynaya göndərdiyi silahlar əsasən Stinger və Javelin kompleksləri, yüzlərlə Switchblade kamikadze dronlarından ibarətdir. Lakin siyahıda digər silah və sursatlar da var. Ukrayna üçün silahların siyahısına aşağıdakılar daxildir:

1400-dən çox Stinger zenit sistemi

5000-dən çox Javelin tank əleyhinə raket sistemi

7000-dən çox digər tank əleyhinə sistemlər

Yüzlərlə SwitchBlade Taktik Dronları

Artilleriya əleyhinə və pilotsuz uçuş sistemlərini izləmək üçün dörd radar

Dörd minaatan əleyhinə radar sistemi

Zirehli yüksək mobil çoxməqsədli təkərli maşınlar

50 milyondan çox güllə

45 min dəst zireh və dəbilqə

Lazerlə idarə olunan raket sistemləri

Puma pilotsuz uçuş sistemləri

Gecə görmə cihazları, termal görüntü və rabitə sistemləri, optika

Kommersiya peyk görüntüləri xidmətləri.

AB-dən daha 500 milyin avro yardım

Avropa İttifaqı isə Ukraynaya hərbi yardımı daha 500 milyon avro artıracaq. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Tvitter hesabında məlumat verib.

O qeyd edib ki, Avropa İttifaqı Aİ diplomatı Xosep Borrelin təklifi ilə Avropa Sülh Fondunu daha 500 milyon avro ilə doldurmağı planlaşdırır. “Sürətli təsdiqdən sonra bu, Aİ-nin Ukraynaya hərbi yardımını 1,5 milyard avroya çatdıracaq”.

Almanlarsa 100 tankın Ukraynaya keçidinə icazə vermir

“Almaniya kansleri Olaf Şolz bir neçə yüksək vəzifəli məmurun təzyiqinə baxmayaraq, Ukraynanın Rusiya ilə müharibəsi üçün yüksək texnologiyalı tanklarla təmin edilib-edilməməsi ilə bağlı yekun qərarını təxirə salır”. JAMAZ.İNFO xəbər verir ki, bu məlumatı “Politico” nəşri yayıb.

Vitse-kansler və iqtisadiyyat naziri Robert Habeck və xarici işlər naziri Annalena Burbock tərəfindən irəli sürülən planda təxminən 100 tank nəzərdə tutulur.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button