Dünya

PKK-nın daha bir önəmli ismi öldürüldü

Türkiyə Milli İstihbarat Təşkilatının bu gün keçirdiyi əməliyyat nəticəsində PKK terror təşkilatının daha bir önəmli üzvü məhv edilib. JAMAZ.İNFO xəbər verir ki, bu barədə xəbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özünün Tvitter hesabında paylaşıb.

O bildirib ki, PKK-nın aparıcı rəhbərlərindən biri, Mahmur bölgəsi üzrə nümayəndə, “Doktor Hüseyn” kod adı ilə tanınan Selman Bozkır MİT əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ərdoğan terrorçulara qarşı əməliyyatların davam edəcəyini də bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button