Dünya

Qara dənizdə ara qarışdı: Rus təyyarəsi ingilis gəmisinə bomba atdı

Qara dənizdə NATO-nun keçirdiyi hərbi təlimlərdə bu gün şok hadisə yaşanıb. JAMAZ.İNFO xəbər verir ki, Rusiya iki gün əvvəl “təlimləri dayandırın” xəbərdarlığından sonra bu gün ingilis hərbi gəmisinə atış açıb.

Belə ki, Qara dənizdə ABŞ-ın “USS Laboon”, “HNLMS Everstsen”, İngiltərənin “HMS Queen Elizabeth” və “Defender” hərbi gəmiləri təlimlər zamanı Rusiyaya məxsus döyüş təyyarəsinin hücumuna məruz qalıb. Tapşırığa əsasən rus döyüş təyyarəsi İngiltərənin “HMS Queen Elizabeth” hərbi gəmisinə xəbərdarlıq atəşi açıb.

Rusiya tərəfi bildirib ki, ingilis gəmisi dövlət sularını keçməyə cəhd göstərib və Su-24M hərbi təyyarədən atılan xəbərdarlıq bombasından sonra ərazini tərk edib.

Gələn son məlumatlara görə, məsələ ilə bağlı London Moskvaya xəbərdarlıq edərək, bu addımın münasibətləri gərginləşdirəcəyini bəyan edib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button