Dünya

Qazaxstan xidmət sektorunda rus dilindən imtina edir

Qazaxstanda reklam lövhələri və menyular qazax dilinə tərcümə olunacaq. 

“Sputnik”-in dekabrın 8-də verdiyi məlumata görə, məsələ ilə əlaqədar Qazaxstan parlamenti “Lövhələrlə bağlı” qanun layihəsini edilən düzəlişi təsdiqləyib.

Mağaza lövhələri və qiymət cədvəllərində rus dilindən imtinanı nəzərdə tutan qanun layihəsi imzalanmaq üçün prezidentə göndəriləcək.

Dəyişiklik xidmət sektorunu əhatə edəcək. Yeni düzəlişə əsasən, sahibkarlar reklamları, preyskurantları (malların qiymət siyahısı), etiketləri, menyuları, lövhələri və işarələri ancaq qazax dilində qoymağa məcbur olacaqlar. Dövlət müəssisələrində isə ikidillilik saxlanacaq.

Rəsmilər müvafiq qərarların qəbulunun ölkədə qazax dilinin yayılmasına dair narahatlıq səbəbindən verildiyini bildiriblər.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button