Dünya

Robert Koçaryan: “Ermənistan ordusu sərhədləri qorumaq iqtidarında deyil”

“Təhlükəsizlik məsələlərinin üç əsas komponenti var. Biri öz silahlı qüvvələri, ikincisi KTMT, təbii ki, Ermənistan üçün, üçüncüsü isə Rusiya ilə ikitərəfli münasibətlərdir. Birinci komponentlə bağlı deyə bilərəm ki, bu gün ordu Ermənistanın sərhədlərini və təhlükəsizliyini müdafiə etmək iqtidarında deyil”. JAMAZ.İNFO xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

Onun sözlərinə görə, Ermənistanda müharibədən sonra ordu üçün heç bir iş görülməyib. “Müharibədən bir il və daha çox vaxt keçib, lakin bu müddət ərzində ordunun döyüşə hazırlığının bərpası, silahlanması, təkrar edirəm, demək olar ki, heç bir iş görülməyib. Bu faktdır. Ötən ilin noyabrında baş verən Sisyan hadisələri buna əyani sübutdur və son vaxtlar kəşfiyyatçıların aşkarlanması silahlı qüvvələrimizin mənəvi-psixoloji durumu haqqında çox şey deyir. Hətta ordunun təsdiq edilmiş büdcəsi belə ümid yaratmır ki, bu sürətlə yaxın gələcəkdə ən azı nəyisə dəyişmək olar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button