Dünya

Rus ordusu Slavutiç şəhərini tərk etdi: Əhalinin etirazları nəticə verdi  

Martın 26-da Slavutiçə daxil olan rus işğalçıları martın 27-si bazar günü şəhəri tərk ediblər. JAMAZ.İNFO bildirir ki, bu barədə mer Yuri Fomiçev açıqlama verib.

O deyib ki, hazırda şəhərdə Ukrayna bayrağı dalğalanır. “Onlar etmək istədikləri işləri gördülər – şəhəri yoxladılar. Bu gün onu tamamlayıb getdilər. Onlar şəhərdə deyillər”.

Rəsmi yerli hakimiyyət orqanlarının işğalçılarla əməkdaşlıq etdiyinə dair məlumatları təkzib eib. “Biz işğalçılarla əməkdaşlıq etmirik. Bütün problemlərimizi öz gücümüzlə həll edirik. Bizim heç kimin humanitar yardımına ehtiyacımız yoxdur, hər şeyimiz kifayət qədərdir. Ukraynanın bütün şəhər və qəsəbələrindən bizə kömək edirlər”.

Xatırladaq ki, martın 26-da Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini işğal etmişdi. Yerli əhali ayağa qalxaraq, onların şəhərdən çıxmalarını tələb etsə də, ruslar müqavimət göstərməyə çalışmışdılar. Lakin bunun faydası olmamışdı. Nəhayət, dünən işğalçılar şəhəri tərk etmək məcburiyyətində qalıblar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button