Dünya

Rus ordusu Sumi vilayətindən qaçmağa başladı

Rusiya ordusu Ukraynanın Sumi vilayətini tərk etməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Sumi vilayətinin rəhbəri Dmitri Jiviçski məlumat yayıb.

Onun sözlərinə görə, bu gün səhər saatlarından etibarən rus hərbçiləri kütləvi şəkildə texnikaları ilə birlikdə vilayət ərazisindən uzaqlaşmağa başlayıblar. “Onlar əsasən Belopolya və Konotop şəhərlərindən çəkilirlər. Onlar əvvəl səngərlər qazdılar, daha sonra isə sürətlə qaçmağa başladılar. Görünür, Ukrayna ordusunun onları təqib etməsini ləngitmək üçün bu addımı atıblar”.

Jiviçski daha sonra qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin artilleriya bölmələri rusların rahatlıqla çıxıb getməsinə imkan verməyib. Belə ki, onlar artilleriya zərbələri ilə hərəkət edən rus hərbi texnikalarının bir çoxunu vurmağa nail olublar. “Hazırda Çerniqova qədər ərazilərdə Ukrayna ordusu təmizlik işləri aparır, ərazini yoxlayır və təhlükəsizliyi təmin edir”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button