Dünya

Rusiya bir ildə Qərbdən 50 ton ağırlığında dollar daşıyıb  

Rusiya bankları Qərbin sanksiyalarına qarşı indidən tədbir görməyə başlayıb. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna ilə gərginliyin ən yüksək səviyyəyə çatdığı bir vaxtda Kreml maraqlı bir addım atıb.

Belə ki, rus bankları qısa müddət ərzində ABŞ və Qərb ölkələrindən 50 ton ağırlığında dollar idxal edib. Rusya Mərkəzi Bankının açıqladığı rəqəmlərə əsasən, ötən il xarici nağd pul idxalı 4.97 milyard dollar təşkil edib. Ekspertlər bildirir ki, əgər həmin pullar 100-lük banknotlar şəklində olarsa, bu təxminən 50 ton pul deməkdir. Və onu daşımaq üçün ən azı bir karqo təyyarəsinə ehtiyac var.

Xatırladaq ki, Rusiya özəl bankları 2014-cü ildə Krımın işğalından əvvəl də belə bir addım atmışdı. Həmin vaxt rus bankları xaricdən 19 milyard dollar pul daşımışdılar.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button