Dünya

Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlükdən çıxarıldı

BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində İnsan Hüquqları Şurasında Rusiyanın üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edib. JAMAZ.İNFO xəbər verir ki, 93 dövlət qərarın lehinə, 24 dövlət əleyhinə səs verib, 58 dövlət isə bitərəf qalıb.
Sənədin qəbulu üçün səsvermədə iştirak edənlərin üçdə ikisi tələb olunurdu. Bitərəf qalanlar hesablanmır. Beləliklə, “lehinə” və “əleyhinə” 117 nümayəndə səs verib.
Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı səlahiyyətlərinə vaxtından əvvəl xitam verəcək. Bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin müavini Gennadi Kuzmin Baş Assambleyanın iclasında bildirib. Kuzmin çıxışında BMT Baş Assambleyasının qərarını qanunsuz və siyasi məqaədli adlandırıb. Onun sözlərinə görə, nümayəndəlik aprelin 7-dən Şurada öz funksiyalarını yerinə yetirməkdən imtina edəcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button