Dünya

Rusiya ordusunu Dnestryanıdan çıxarmaqdan imtina etdi

“Status-kvodakı dəyişiklik Dnestryanıda vəziyyətin qeyri sabitləşməsinə səbəb ola bilər”. JAMAZ.İNFO xəbər verir ki, bu açıqlamanı Rrusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova prezidenti Mariya Sandunun “Rus sülhməramlıları Dnestryanını tərk etməlidir” bəyanatına cavab olaraq deyib.

Peskov iddia edib ki, Rusiya Dnestryanıda “çox vacib” işləri həyata keçirir. Onun sözlərinə görə, bu işlər “beynəlxalq hüququn ruhuna əsaslanır”. Mətbuat katibi deyib ki, indiki durumda status-kvoda dəyişiklik ciddi problemlərə səbəb ola bilər.

Peskov, Moldova və Rusiyanın əvvəllər Dnestryanıdan sülhməramlıların geri çəkilməsi təklifini müzakirə etmədiklərini də vurğulayıb. “Prezident Dodonla dialoq indi də davam edir. Amma o, Sandudan fərqli olaraq, daha konstruktiv idi. Həm də bu konstruktivliyin davam edəcəyinə, bu mövzuda müəyyən bir davamlılığın olacağına ümid edirik . Hesab edirik ki, hər hansı bir kəskin addımın bütün mənfi nəticələrini də nəzərə alslınlar”.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button