Dünya

Rusiya Qazaxıstanı da qarışdırmağa başladı – Şimal əyalətinə torpaq iddiası

Rusiya Qazaxıstanın şimal əyalətlərində yeni təxribatlara start verib. JAMAZ.İNFO xəbər verir ki, Şimali Qazaxıstanda yaşayan rusların əliylə millətçilərdən ibarət təşkilat yaradan Kreml, artıq Astanaya torpaq iddiası etməyə başlayıb.

Belə ki, son həftələr Şimali Qazaxıstanda rus millətçilərinin torpaqların onlara məxsus olduğu, bu ərazilərdə qazaxların heç vaxt yaşamadığı iddiasını edərək, bundan sonra Rusiya ilə birləşməyin bacib olduğunu bəyan edirlər. Vəziyyətlə əlaqədar Qazaxıstan hökuməti ilkin araşdırmalara belə başlayıb və durumun yaxşı olmadığı deyilir.

Maraqlı məqamlardan biri də odur ki, Astana bu işlərin Rusiya tərəfindən idarə edildiyini bilir və hələlik susur. Lakin susqunluğun uzun çəkəcəyi gözlənilmir. Artıq Qazaxıstan hökuməti Rusiyanın Şimal bölgələrində millətçi təşkilatlar yaratmaqla, ciddi qarşıdurmaya getdiyini dolayısı ilə dilə gətiməkdədir.

Şimali Qazaxıstanda isə rus millətçiləri bildirirlər ki, bu əraziləri tarixən onlar əkib, becəriblər. Üstəlik, onlar Qazaxıstanın ərzaq təminatçısıdırlar. Həmçinin Kremldən qidalanan təşkilatlar qazaxların onlarla ucsuz-bucaqsız çöllərdə mübarizə apara bilcəyini də mümkün hesab etmirlər. “Bu çölləri biz qazaxlardan daha yaxşı tanıyırıq. Onlar tanklarla, BTR-lərlə gəlsələr belə, bizimlə bacara bilməzlər. Yalnız aviasiya ilə üəzrimizə gələ bilərlər ki, onun da kerosinin biz istehsal edirik”.

Gedişatdan görünən odur ki, Rusiya artıq ətrafındakı ölkələrə bu və ya digər şəkildə hücumlar etməyə başlayıb. Gürcüstanın ardından, Dnestryanı ərazilərə qoşun yeridən Kreml, daha sonra Ukraynaının əsas hissələri olan Donbas, Krım və Luqanskini işğal etdi. Bununla da kifayətlənməyən Moskva artıq həmin planlarını Qarabağda həyata keçirməyə çalışır. Bütün bunların fonunda Şimali Qazaxıstanda təxribatlara startın verilməsi, Qazaxıstana torpaq iddiası irəli sürülməsi isə böyük miqyasda təxribatlara start verilməsi anlamındadır.

Görünən odur ki, Rusiya XX əsrin əvvəllərində olduğu kimi, qonşu ölkələri işğal etmək üçün dişlərini qıcıyıb. Amma indi nə XX əsrdir, nə də Rusiya həmin Rusiyadır. Bu dəfə atacağı yanlış addımın onun parçalanmasına gətirib çıxaracağı isə şühbə doğurmur. Necə ki, SSRİ XX əsrin sonlarında məhz işğalçılığının qurbanı oldu.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button