Dünya

Ruslar Severodonetskdən geri çəkilməyə başlayıblar

“Luqansk vilayətində rus qoşunları itki verir. Artıq Severodonetsk ətrafından geri çəkilməyə başlayıb. Lakin hücumlar ara vermir”. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

Oo deyib ki, düşmənin qarşısını almaq üçün Ukrayna Silahlı Qüvvələri Rubijne və Severodonetsk arasında dəmir yolu körpülərini partladıb. “Raşistlər itki verir və Severodonetsk ətrafından geri çəkilirlər. Lakin hücumlarını da dayandırmırlar. İşğalçıların qarşısını almaq üçün müdafiəçilərimiz Rubijnı ilə vilayət mərkəzi arasındakı dəmir yolu körpülərini uçurdular!”.

Onun sözlərinə görə, düşmən Luqansk vilayətində irəliləməkdə davam edir, döyüşlər demək olar ki, gecə-gündüz davam edir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button