Dünya

Ruslar Xersonda çıxılmaz vəziyyətdə: Yaralılarını belə çıxara bilmirlər

Rusiya işğalçı ordusunun yaralı əsgərləri Xerson vilayətində baxımsızlıq, tibbi yardımın olmaması və logistika xətlərinin kəsilməsi səbəbindən ölürlər. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Müdafiə Strategiyası Mərkəzinin eksperti Andrey Rıjenko məlumat yayıb.

Onun sözlərinə görə, ruslar yaralı əsgərlərini evekuasiya edə bilmirlər. “Xüsusən də Xerson vilayətində. Dnepr çayının sahilində vəziyyət dramatikdir. Hər gün dəhşətli döyüşlər gedir. Yaralıları çıxara bilməyən ruslar, onları sahibsiz buraxaraq gedirlər. Nəticədə, çoxu ölür”.

O deyib ki, Rusiya hərbi rəhbərliyi Xersonda yerləşən ordu birləşmələrini hərbi texnika, ərzaq və silahla təhciz etmək imkanından məhrum edilib. Rıjenko bildirib ki, bütün strateji yollar ya Ukrayna ordusunun nəzarətindədir, ya də müşahidəsi altındadır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button