Dünya

Şimali Koreyada dar cins şalvar geyinmək və saç boyamaq qadağan edildi

Şimali Koreya lideri Kim Jong-un ölkəsində bir sıra qadağalar tətbiq edib. JAMAZ.İNFO xəbər verir ki, yeni qadağalara görə, Qərb mədəniyyətini əks etdirən geyim və saç düzümlərindən yararlanmaq olmaz.

Jong-un deyib ki, Qərb mədəniyyəti çökür və onların “milli-mənəvi dəyərlərimizə zərər vuran işlərindən imtina etmək lazımdır”. Üstəlik, buna qarşı savaşmağın zəruri olduğunu bildirib.

Beləliklə, bundan sonra Şimali Koreyada saçın rəngbərəng boyanması, “aslan quyruğu” formasında saç saxlamaq, prisinq, dar cins şalvar geyinmək qadağan olunub. Qadağaları pozanları isə işçi düşərgələrinə göndəriləcək.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button