Dünya

Türkiyədən daha bir ilk: “Aksungur” ordunun istifadəsinə verildi

Türkiyə Hərbi Sənaye Kompleksinin yeni istehsalı olan “Aksungur” PUA-ları bu gün Hərbi Dəniz Qüvvələrinə təhvil verilib. Yeni PUA-lar bundan sonra HDQ-nin istismarında olacaq. JAMAZ.İNFO xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri İsmail Dəmir deyib.

O bildirib ki, yeni “Aksungur”lar 750 kq faydalı yük götürmə qabiliyyətinə və 50 saat fasiləsiz havada qalma imkanına malikdir.

Bildirək ki, “Aksungur” PUA-ları 340 kq-lıq bombaları daşımaq və 30 km məsafədən düşmən hədəflərini vurmaq qabiliyyətindədir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button