Dünya

Ukrayna Luqanski və Donbas separatçılarına atəş açdı: 1 ölü

Ukrayna-Rusiya münasibətlərindəki gərginlik davam edir. Dünən Rusiya Müdafiə Nazirliyi qoşunlarının bir hissəsini geri çəkdiyini bəyan edib. JAMAZ.İNFO xəbər verir ki, bu ölkənin XİN-i isə bəyan edib ki, baş verənlər Qərbin fiaskosu deməkdir.

Buna baxmayaraq, dünən axşam saatlarından etibarən Ukrayna ordusu ilə Luqanski və Donbasdakı separatçılar arasında toqquşma baş verib. JAMAZ.İNFO xəbər verir ki, Ukrayna tərəfindən açılan snayper atışı ilə Luqanski “milisi”nin bir əməkdaşını öldürüb. Paralel olaraq, Donbasdakı separatçıların mövqeyi də qumbaraatanlardan atəşə tutulub.

Bundan sonra, bütün təmas xətti boyu atışma başlayıb. Donbas və Luqanskidəki separatçılar bildiriblər ki, gecə yarısına qədər tərəflər arasında atışma gedib. Atəş açılması zamanı Ukrayna tərəfinin itki verdiyi barədə danışılsa da, Kiyev məlumatları təsdiqləməyib.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button