Dünya

Xalq artistinin xanımını necə soyublar? – Gündəmi zəbt edən “əsrin soyğunçuluğu”

Rusiyanın xalq artisti, bəstəkar və müğənni Aleksandr Qradskinin xanımı Marina Kotaşenko soyğunçuluğa məruz qalıb.
Qaynarinfo xəbər verir ki, yanvarın 16-na təsadüf edən hadisə Rusiya mediasında “əsrin soyğunçuluğu” kimi təqdim edilir.
Marina Kotaşenko polisə ifadəsində yazıb ki, yanvarın 16-da saat 12.30-da “Lexus” markalı avtomobili ilə elit qəsəbə sayılan “Qlaqelovo Parkı”nda yerləşən evindən çıxaraq mərkəzi dairəvi yola tərəf istiqamət götürüb. Bir neçə kilometr irəlilədikdən sonra naməlum avtomobil onun idarə etdiyi maşına çırpılıb. Qadın bildirib ki, avtomobilin markasını və dövlət nömrə nişanını görə bilməyib.
Həmin avtomobildən 3 nəfər maskalı şəxs düşərək Kotaşenkonun idarə etdiyi avtomobilə əyləşib. Onlar Qradskinin xanımını silahla təhdid edərək maşını yaşadığı evə sürməyi və saxladığı pulları verməyi tələb ediblər. Kotaşenko onlarla birgə yaşadığı evə gələrək çarpayının altında çantanın içində saxladığı 100 milyon rublu (1 milyon 355 min 987 dollar) həmin şəxslərə verib.
Bundan sonra onlar Kotaşenkodan “Lexus”u Kiyev şossesi ilə Aprelevka istiqamətinə sürməyi tələb ediblər. Məlum olub ki, orada onları ağ rəngli “Mercedes” gözləyir. Kotaşenkonu soyan şəxslər həmin avtomobilə əyləşərək aradan çıxıblar.
Kotaşenko deyib ki, onu soyan şəxslər Qafqaz aksentində danışırlarmış.
Hadisə barədə ilk olaraq polisə naməlum mənbə məlumat verib. Həmin şəxs olaydan 4 saat sonra polisə zəng vurub.
Marina Kotaşaneko isə hadisədən 8 saat sonra polisə müraciət edib. Bu fakt onun hadisədə hansısa rolunun olduğuna dair şübhələrə səbəb olub. Lakin qadın polisə gec müraciət etməsini hadisənin şoku ilə izah edib. Marina Kotaşenko bildirib ki, olaydan sonra şok yaşayıb, ona görə də polisə gec müraciət edib.
Olayla bağlı araşdırmalar davam edir.
Aleksandr Qradski ötən ilin noyabrında dünyasını dəyişib. Marina Kotaşenko onun dördüncü həyat yoldaşıdır.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button