Gündəm

Məhkəmə Oqtay Gülalıyevin işini istintaqa qaytardı

Nəsimi rayon məhkəməsi prokurorluğun hüquq müdafiəçisi Oqtay Gülalıyevin işində həkimlərin məsuliyyətinin olmaması haqqında qərarını ləğv edib. Məlumatı “Turan” informasiya agentliyi yayıb.

Bildirilir ki, prokurorluq bir illik araşdırmadan sonra 2021-ci ilin dekabrında belə bir nəticəyə gəlib ki, gün ərzində O.Gülalıyevi müayinə və müalicə edən həkimlərin hərəkətlərində cinayət tərkibi olmayıb. Fəalın ailəsi isə bu qərardan məhkəməyə şikayət edib.

Məlumatda deyilir ki, aprelin 14-də Nəsimi rayon məhkəməsi şikayətə baxaraq, prokurorluğun qərarını ləğv edib. Məhkəmə belə qənaətə gəlib ki, prokurorluq kifayət qədər araşdırma aparmayıb.

Fəalın ailəsi hesab edir ki, məhz O.Gülalıyevə vaxtlı-vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən həkimlərin təqsiri ucbatından o, komaya düşüb. Qəzadan sonra hüquq müdafiəçisi şəhər kliniki mərkəzinə gətirildikdə onun huşu yerində idi və nitqi normal idi. Amma zərərçəkmiş bir gün diaqnoz qoyulmadan orada saxlanılıb, daha sonra özəl “Baku City Hospital” xəstəxanasına göndərilib.

“Həmin klinikaya daxil olduqdan 13 saat sonra fəalı əməliyyat ediblər. Həm də əməliyyat Səhiyyə Nazirliyinin müdaxiləsindən sonra Neyrocərrahiyyə Mərkəzinin mütəxəssislərinin iştirakı ilə edilib», məlumatda deyilir.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevi 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində maşın vurub.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button