Gündəm

Separatçıların “lideri” xəstəxanaya yerləşdirildi

Qarabağdakı erməni separatçılarının “lider”lərindən biri, Arayik Harutyunyandan sonra onun yerini tutmağa ən şanslı namizəd olaraq qəbul edilən Vitali Balasanyan dünən xəstəxanaya yerləşidirilib. JAMAZ.İNFO xəbər verir ki, Balasanyanın İrəvandakı “Yerbuni” Xəstəxanasına yerləşdirilməsinə səbəb ürəktutması olub.

“Hraparak” nəşrinin yaydığı məlumata görə, qəfil ürəyi tutan separatçını təcili olaraq xəstəxanaya yerləşdiriblər. Hazırda onun səhhətinin normal olduğu və həkim müayinəsindən keçdiyi deyilir.

Qeyd edək ki, Vitali Balasanyan Qarabağ separatçılarının yaratdığı qondama “təhlükəsizlik şurasının sədri”dir.

Əlaqəli xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button